Messi antirekorda imza atdı
“Barselona” UEFA Çempionlar Liqasının qrup mərhələsinin sonuncu turu çərçivəsində doğma meydanda “Yuventus”a 0:3 hesabı ilə məğlub olub.
Komanda.az xəbər verir ki, bu qarşılaşmada Kataloniya klubunun hücumçusu Lionel Messi antirekorda imza atıb. Belə ki, argentinlı futbolçu oyun ərzində çərçivəyə 7 dəfə zərbə endirsə də, qol vurmağı bacarmayıb. Bu göstərici ilə o, qol vurmadığı oyunda çərçivəyə ən çox zərbə endirən futbolçu olub.
Bu, 2003/04-cü il mövsümündən bəri ən pis göstəricidir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin