“Barselona” məcburdur – “Çelsi”nin təklifini qəbul etməyə
“Barselona”nın hücumçusu Pyer-Emerik Obameyanq İngiltərə Premyer Liqasına qayıtmağa yaxındır.
Komanda.az xəbər verir ki, bu barədə “The Athletic” məlumat yayıb. 33 yaşlı qabonlu futbolçunun “Çelsi”yə transferi ilə bağlı razılıq demək olar ki, başa çatıb.
İngiltərə klubu Obameyanq üçün müdafiəçisi Markos Alonso ilə birlikdə 7,5 milyon avro ödəməyə hazırdır. “Barselona” transfer pəncərəsinin yaxınlarda bağlanacağını nəzərə alaraq, bu şərtləri qəbul etməyə məcburdur. Danışıqlar sövdələşmənin uğurla başa çatması istiqamətində gedir.
“Çelsi” hücumçuya daha bir mövsüm uzatmaq imkanı ilə 2 illik müqavilə təklif edəcək.
Obameyanq 2022-ci ilin yanvarında azad agent kimi “Barselona”ya keçib. O, daha əvvəl İngiltərədə “Arsenal”da forma geyinib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin