“Barselona” kolumbiyalı futbolçunun keçidi üzərində işləyir

“Barselona” “Liverpul”un kolumbiyalı vingeri Luis Diasın transferi ilə bağlı danışıqlar aparır.

Kataloniya klubu artıq uzun müddətdir ki, 28 yaşlı futbolçunun mümkün transferi ilə maraqlanır.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, son vaxtlar “Barselona”nın marağı daha konkret xarakter alıb və tərəflər arasında fəal danışıqlar gedir. Yaxın günlərdə müzakirələrin növbəti mərhələsi baş tutacaq.

Dias özü də klubunu dəyişməyə hazırdır. Onun “Liverpul”la müqaviləsinin müddəti 2027-ci ilin ortalarına qədərdir.

“Barselona”nın idman direktoru Deku da yaxın günlərdə klubun Diasla maraqlandığını təsdiqləyib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button