“Barselona” Lopesi İngiltərə klubuna satmaqdan imtina edib
“Barselona”nın yarımmüdafiəçisi Fermin Lopes bu ilin yayında İngiltərə Premyer Liqasına üz tuta bilərmiş.
Komanda.az “Relevo”-ya istinadən xəbər verir ki, ispaniyalı futbolçunun xidmətində “Tottenhem” maraqlı olub.
Bildirilir ki, İngiltərə klubu yarımmüdafiəçi ilə Yay Olimpiya Oyunlarından sonra maraqlansa da, “Barselona” rəhbərliyi öz yetirməsini satmaqdan imtina edib. “Barsa”da Lopesə komandanın əsas oyunçusu kimi baxılır.
Lopes ötən mövsüm İspaniya çempionatında 8 qol vurmuşdu.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin