“Barselona” qvineyalı hücumçunu gözdən keçirir

Dortmund “Borussiya”sının hücumçusu Seru Qiras­si gələn il klubunu dəyişmək variantlarını nəzərdən keçirməyə hazırdır.

Komanda.az “Bild”-ə istinadən xəbər verir ki, 29 yaşlı futbolçu “Barselona” tərəfindən Robert Levandovskinin potensial əvəzləyicisi kimi nəzərdən keçirilir.

Qiras­si “Borussiya” rəhbərliyi ilə müqaviləsində çıxış haqqını 65 milyon avroya endirmək barədə razılığa gəlib. Bu şərt 2026-cı ilin yayında qüvvəyə minəcək.

Qvineyalı forvard cari mövsümdə bütün turnirlərdə 8 oyunda iştirak edib, 6 qol vurub və 3 məhsuldar ötürmə verib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button