“Barselona” Levandovskini ingiltərəli hücumçu ilə əvəzləmək istəyir

“Mançester Yunayted”in hücumçusu Markus Reşford karyerasını “Barselona”da davam etdirə bilər.

Komanda.az “Todofichajes”-ə istinadən xəbər verir ki, “Barsa” 26 yaşlı futbolçunu polşalı hücumçu Robert Levandovskinin əvəzləyicisi kimi nəzərdən keçirir.

Reşfordun transfer dəyəri 60 milyon avro olaraq qiymətləndirilir. Onun İngiltərə klubu ilə müqaviləsi 2028-ci ilin ortalarına qədərdir.

İngiltərəli forvard ötən mövsüm zəif çıxış edib. O, İngiltərə çempionatında 33 matçda iştirak edib, 7 qol vurub, 2 məhsuldar ötürmə verib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button