“Barselona” Levandovskiyə kömək etməyib” – Millinin baş məşqçisi

Polşa millisinin baş məşqçisi Mixal Probej hücumçu Robert Levandovskinin 2023/2024 mövsümündə “Barselona”dakı çıxışından danışıb.

Komanda.az “sport.es”-ə istinadən xəbər verir ki, millinin baş məşqçisi “Barselona”nın polşalı hücumçuya kömək etmədiyini bildirib:

“Barselona” Robertə kömək etməyib. Levandovski tez-tez qol vurmaq üçün öz mövqeyində qalırdı, ancaq top ona çatmırdı. Lakin Robert yenə də komandanın bombardiri oldu. Son iki ildə “Barsa” pis vəziyyətdə idi, amma Levandovski komandanı qaldırmağa çalışdı. Ancaq “Barselona” titul şansını itirdikdən sonra onun əhval-ruhiyyəsi aşağı düşdü”.

Levandovski bu mövsüm 48 oyun keçirib, 25 qol vurub və 9 məhsuldar ötürmə edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button