
“Barselona” Fransa klubunun hücumçusu ilə maraqlanır
“Barselona” “Strasburq”un hücumçusu Xoakim Paniçelliyə maraq göstərir.
Kataloniya klubu 37 yaşlı polşalı forvard Robert Levandovskinin əvəzləyicisini axtarır.
Komanda.az “Mundo Deportivo”-ya istinadən xəbər verir ki, “Barselona” da argentinalı futbolçu ilə maraqlanan klubların siyahısına qoşulub.
Paniçelli hazırda Fransa Liqa 1-də bombardirlər siyahısına başçılıq edir və çıxışı ilə kataloniyalıların skautlarını heyran qoyub.
23 yaşlı forvard bu mövsüm Fransa çempionatında 10 oyunda iştirak edib, 9 qol vurub. Ona “Barselona”dan başqa, “Çelsi” və “Milan” da ciddi şəkildə maraq göstərir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



