
“Barselona”nın Keyn planı
Gələn yay “Barselona”nı ciddi dəyişiklik gözləyə bilər.
Komanda.az “The Guardian”-a istinadən xəbər verir ki, Kataloniya klubu polşalı hücumçu Robert Levandovskinin mümkün gedişinə hazırlaşır və onun əsas əvəzləyicisi kimi “Bayern”in futbolçusu Harri Keyni görür.
“Barselona” ingilis forvardı ideal namizəd hesab edir və yayda onun müqaviləsindəki 65 milyon avroluq sərbəst qalma maddəsini aktivləşdirməyə hazır ola bilər.
32 yaşlı Keyn 2025/26 mövsümündə “Bayern”in heyətində 17 oyuna çıxaraq, 23 qol vurub və 3 məhsuldar ötürmə verib. Onun Münhen klubu ilə müqaviləsinin müddəti 2027-ci ilin ortalarına kimidir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



