“Barselona” Levandovski ilə bağlı qərar verməlidir
“Barselona” hələ hücumçusu Robert Levandovskinin gələcəyi ilə bağlı yekun qərar verməyib.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, klub rəhbərliyi polşalı futbolçunun yüksək maaşından narazıdır. Kataloniya klubu hücumçunu yay transfer pəncərəsində satmağa meyllidir. Bunun sayəsində klub maaş hesabını ciddi şəkildə yüngülləşdirə bilər.
Levandovski 2022-ci ildə “Barselona”ya qoşulub. Tərəflər arasında mövcud müqavilə 2025/2026 mövsümünün sonunda başa çatır.
35 yaşlı futbolçu bu mövsüm 45 oyun keçirib, 24 qol vurub və 9 məhsuldar ötürmə edib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin