“Barselona” Levandovskini argentinalı hücumçu ilə əvəzləmək istəyir

“Barselona” rəhbərliyi 37 yaşlı hücumçu Robert Levandovski ilə müqavilənin müddətini uzatmaq niyyətində deyil.

Komanda.az xəbər verir ki, bu barədə “El Nacional” nəşri məlumat yayıb.

Kataloniya klubunun planında polşalı forvardı “Atletiko”nun hücumçusu Xulian Alvareslə əvəzləmək var. Bildirilir ki, 25 yaşlı futbolçunun özü də madridlilərin layihəsindən məyus olub və yeni addıma hazırdır.

Levandovski 2022-ci ildən “Barselona”da çıxış edir. O, cari mövsümdə bütün turnirlərdə 5 oyunda 2 qol vurub. Onun klubla müqaviləsinin müddəti gələn yay başa çatacaq.

Alvares isə La Liqanın bu mövsümündə 6 matçda meydana çıxıb, 4 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button