
“Barselona” Levandovski ilə yollarını ayırır
Robert Levandovski mövsümün sonunda “Barselona”dan ayrılacaq.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, Kataloniya klubu 37 yaşlı forvarda yeni müqavilə təklif etməyi planlaşdırmır. Onun “Barselona” ilə hazırkı müqaviləsinin müddəti gələn ilin yayında başa çatacaq.
Polşalı futbolçu İspaniya La Liqasının cari mövsümündə 7 oyunda meydana çıxıb və 4 qol vurub.
Hansi-Diter Flikin rəhbərlik etdiyi “Barselona” 8 turdan sonra 19 xal toplayaraq, turnir cədvəlinin 2-ci pilləsində qərarlaşıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



