“Barselona” Leaonun potensial sözləşməsi haqda məlumat istəyib

“Milan”ın hücumçusu Rafael Leao “Barselona”nın “radar”ında qalır.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, Kataloniya klubunun nümayəndələri portuqaliyalı futbolçu üçün potensial sözləşmə haqqında məlumat istəyiblər.

Rəsmi danışıqlar hələ başlamayıb.

Daha əvvəl 25 yaşlı futbolçu Səudiyyə Ərəbistanından gələn sərfəli təklifi rədd etmişdi.

Leaonun “Milan”la müqaviləsi 2028-ci ilin ortalarına qədərdir. Sözləşmədə 175 milyon avro məbləğində satınalma maddəsi var. Avropa klublarının bunu aktivləşdirməyə qərar verməsi ehtimalı azdır.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button