![](https://komanda.az/wp-content/uploads/2022/02/Rafael-Leao.jpg)
“Barselona” portuqaliyalı hücumçunu izləməkdə davam edir
“Barselona” hücumçu Rafael Leaonun çıxışını izləməkdə davam edir.
Komanda.az “El Mundo Deportivo”-ya istinadən xəbər verir ki, Kataloniya klubunda portuqaliyalı futbolçuya bu gün də maraq azalmayıb, ancaq bir vacib şərt var.
Belə ki, Leao sabitlik tapmalıdır, bunu sözün əsl mənasında mövsümün sonuna qədərki yaxın üç-dörd ay ərzində “Barselona” rəhbərliyi görmək istəyir. Bu baş verərsə, yay müqaviləsi danışıqlarını daha sürətləndirə bilər.
Leao 2019-cu ildən “Milan”da çıxış edir. O, bundan əvvəl Lissabon “Sportinq”i və “Lill” kimi komandalarda çıxış edib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin