
“Barselona”nın layihəsi Yamalın ətrafında qurulacaq”
“Barselona”nın prezidenti Xuan Laporta 17 yaşlı futbolçu Lamin Yamalın “qızıl top” mükafatını qazanmaq şansları ilə bağlı sualı cavablandırıb.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, o, Yamalın fərdi mükafatları komanda uğurları sayəsində qazanacağını bildirib:
“Lamin sübut etdi ki, o, dahidir. O, futbol tarixində yalnız ən yaxşıların nail ola biləcəyi unikal bir karyera qurmağa layiq oyunçulardandır. Fərdi mükafatları komanda uğurları sayəsində qazanacaq.
Ən çox xoşuma gələn isə onun yalnız özü haqqında yox, komanda barədə də düşünməsidir. Bilirəm ki, o, xoşbəxtdir və Ronaldinyo ilə Lionel Messi nümunələrində olduğu kimi, layihə onun ətrafında qurulacaq. O, hələ gəncdir və fərdi mükafatlar qazana bilər, ancaq hər şey komanda nailiyyətlərinə bağlı olacaq”.
Bizi Facebook-da izləyin