
“Barselona” icarəyə verdiyi futbolçuya görə narahatdır
“Barselona” “Aston Villa”nın icarəyə götürdüyü müdafiəçi Kleman Lanqlenin İngiltərə çempionatında oynamamasından narahatdır.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, fransalı futbolçu İngiltərə komandasına sentyabrın 1-də qoşulub. O vaxtdan bəri o, Premyer Liqada heç bir oyun keçirməyib.
28 yaşlı müdafiəçinin kataloniyalılarla hazırkı müqaviləesi 2026-cı ilə qədərdir. O, 2018-ci ildən “Barselona”da çıxış edir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin