Kunde ilə yeni müqavilə imzalanacaq

Fransa millisinin və “Barselona”nın müdafiəçisi Jül Kunde klubu ilə yeni müqavilə imzalamağa yaxındır.

Komanda.az “Mundo Deportivo”-ya istinadən xəbər verir ki, kataloniyalılar 26 yaşlı futbolçu ilə yeni anlaşmanı yay transfer pəncərəsinin bağlandığı 30 avqusta qədər rəsmiləşdirməyi planlaşdırır.

Klub rəhbərliyi ümid edir ki, yeni müqavilə La Liqanın maliyyə feyr-pley qaydalarını pozmayacaq.

Fransalı futbolçunun “Barselona” ilə hazırkı müqaviləsinin müddəti 2027-ci ilin iyununa qədərdir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button