“Barselona” Kristensenlə bağlı qərar verib
“Barselona” müdafiəçisi Andreas Kristensenin gələcəyi ilə bağlı qərar verib.
Komanda.az “Mundo Deportivo”-ya istinadən xəbər verir ki, “Barsa” 2022-ci ilin yayında “Çelsi”dən azad agent kimi komandaya qoşulan danimarkalı futbolçunu satmaq istəmir.
“Barselona” yaxın gələcəkdə Kristensendən müdafiənin mərkəzində deyil, daha çox yarımmüdafiəçi mövqeyində istifadə etmək istəyir.
Kristensen Çempionlar Liqasının 1/4 finalının PSJ ilə ilk görüşündə qələbə qolunu vursa da, cəzalı olduğu üçün cavab matçını buraxıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin