Kolumbiyalı futbolçu “Barselona”da fikir ayrılığı yaradıb

“Barselona”nın idman direktoru Deku “Liverpul”un hücumçusu Luis Diasla maraqlanıb.

Komanda.az xəbər verir ki, bu barədə “El Nacional” nəşri məlumat yayıb.

Bu sözləşmə ilə bağlı Kataloniya klubunda fikir ayrılıqları var. Diasın potensial transferi 70 milyon avro ola bilər ki, bu da klubun büdcəsinə ciddi zərbə vuracaq. “Barsa”, Lamin Yamal və Rafinyanın əla idman formasını nəzərə alaraq, Diasa bu qədər pul xərcləməyə dəyəcəyinə əmin deyil.

28 yaşlı kolumbiyalı forvard bu mövsüm İngiltərə Premyer Liqasında 28 oyun keçirib, 9 qol vurub və 4 məhsuldar ötürmə edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button