“Barselona” “Aston Villa”nın hücumçusunu izləyir

“Aston Villa”da çıxış edən kolumbiyalı hücumçu Con Duranın karyerasını İspaniya çempionatında davam etdirmək imkanı var.

Komanda.az “Sky Sports”-a istinadən xəbər verir ki, “Barselona” 20 yaşlı futbolçunun xidmətində maraqlıdır. “Barsa” Duranı transfer siyahısına əlavə edib və onun İngiltərədəki çıxışını yaxından izləyir.

Kolumbiyalı forvardın Birmingem klubu ilə müqaviləsi 2028-ci ilə qədərdir. O, bu mövsüm 7 oyun keçirib, 5 qol vurub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button