
“Barselona” kolumbiyalı futbolçudan əl çəkmir
“Barselona” əmindir ki, “Liverpul”un vingeri Luis Dias bu transfer pəncərəsində onlara qoşulmaq istəyir.
Komanda.az “Mundo Deportivo”-ya istinadən xəbər verir ki, Kataloniya klubu kolumbiyalı futbolçunu almaq cəhdlərindən əl çəkmir.
“Liverpul” Dias üçün 60-65 milyon avro təzminat tələb edir. “Barselona” bu məbləği ödəmək istəmir.
Kataloniyalılar “Atletik”dən Niko Uilyamsın transferi ilə bağlı razılığa gələ bilmədikdən sonra Dias seçiminə keçib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin