
“Barselona”da ciddi itki – 6 həftə olmayacaq
“Barselona” klubunun zədəli futbolçusu Serxi Robertonun son durumu bəlli olub.
Komanda.az xəbər verir ki, 28 yaşlı yarımmüdafiəçi 6 həftə yaşıl meydanlardan uzaq qalacaq. Bu barədə “Mundo Deportivo” nəşri məlumat yayıb.
Roberto İspaniya kubokunun 1/4 final mərhələsi çərçivəsində “Qranada” ilə keçirilən oyunda (5:3) zədələnib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin