Laporta: “Leo, bunu hər kəsin önündə dediyim üçün bağışla”

“Barselona” klubunun yeni prezidenti Xuan Laporta açıqlama verib.

Komanda.az xarici mətbuata istinadən xəbər verir ki, Laporta, Lionel Messinin komandada qalmasını istədiyini deyib:

“Leonu komandada saxlamağa çalışacağıq və bunun üçün əlimizdən gələn hər şeyi edəcəyik. Leo, bunu hər kəsin önündə dediyim üçün bağışla. Səni nə qədər çox sevdiyimi və komandada qalmağını istədiyimi hər kəs bilir”.

Messinin “Barselona” ilə müqaviləsi yaya qədərdir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button