
“Barselona”nın əfsanələri xeyriyyə matçında FOTOLAR
“Barselona” klubunun və Kolumbiya milli komandasının əfsanəvi futbolçuları arasında xeyriyyə matçı təşkil olunub.
Komanda.az xəbər verir ki, bu barədə “Barselona”nın mətbuat xidməti məlumat yayıb. Görüş 1:1 hesabıyla bitib. “Barselona”dan Xavyer Saviola, Kolumbiyadan isə Covanni Hernandes fərqlənib.
Kataloniya təmsilçisinin heyətində Karles Puyol, Xristo Stoiçkov, Rivaldo kimi futbolçular çıxış edib.




Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin