“Barselona”nın prezidenti: “Yenidən başlamalıyıq”

“Barselona” klubunun prezidenti Xuan Laporta komandanın Çempionlar Liqasını tərk etməsini şərh edib.

Komanda.az xəbər verir ki, “Mundo Deportivo”ya danışan Laporta, məyus olduqlarını deyib:

“İndi daha çox çalışmalı və yenidən başlamalıyıq. Komanda yaxşı oynadı və futbolçular əllərindən gələni etdilər. Lakin alınmadı.

Uğursuzluq olmaya bilərdi. Məyusuq. Ancaq irəli baxmalı və işlər görməliyik”.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button