
“Barselona”nın prezidentindən Kuman və Messiylə bağlı açıqlama
“Barselona” klubunun prezidenti Xuan Laporta komandanın baş məşqçisi Ronald Kuman və PSJ-yə keçən Lionel Messi haqda danışıb.
Komanda.az xarici mətbuata istinadən xəbər verir ki, Laporta, Kumanın işindən razı olduqlarını deyib:
“Kuman işinə davam edir. Ona bir inam mesajı vermək istəyirəm. Xavi? Onunla tez-tez danışırıq. Çünki yaxın dostuq”.
Laporta deyib ki, Messinin komandada qalacağına inanırmış:
“Messinin “Barselona”da pulsuz oynamağa razı olacağını düşünürdüm. Amma ayrılmağı seçdi. Buna baxmayaraq, ona əsəbiləşmirəm, onu sevirəm”.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin