İngiltərə klubları Avropa Super Liqasına qoşulmaq istəyirlər
“Barselona” klubunun prezidenti Xuan Laporta İngiltərə klublarının Avropa Super Liqası layihəsinə qoşulmaq istədiyini deyib.
Komanda.az xəbər verir ki, İspaniya mətbuatına danışan klub rəsmisi, Premyer Liqa klublarının siyasi məsələlərə görə layihədən çəkildiklərini söyləyib:
“İngiltərə klubları siyası məsələlərə görə Avropa Super Liqası layihəsindən çıxdılar. Ancaq indi yenidən qoşulmaq istəyirlər”.
Aprelin 18-də “Mançester Yunayted”, “Mançester Siti”, “Arsenal”, “Liverpul”, “Tottenhem”, “Çelsi”, “Real”, “Barselona”, “Atletiko”, “Yuventus”, “Milan” və “İnter” klubları Avropa Superliqasını yaratdıqlarını açıqlayıblar. Lakin sonradan “Real”, “Barselona” və “Yuventus”dan başqa, digər klublar turnirdən imtina ediblər.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin