“2022-ci il “Barselona” üçün tarixi il olacaq” – Laporta
“Barselona” klubunun prezidenti Xuan Laporta açıqlama verib.
Komanda.az xəbər verir ki, Kataloniya təmsilçisinin mətbuat xidmətinə danışan Laporta, 2022-ci ilin “Barselona” üçün çox vacib olacağını deyib:
“Yeni yola girmişik. Məşqçilər korpusunda ciddi dəyişikliklər olub. Qavi və Niko Qonsales kimi gənc istedadlarımız var. Yeni ildə çempionatda daha üst sıralara çıxmağı planlaşdırırıq. Hədəfimiz La Masiyadan olan gənc oyunçulara üstünlük vermək, onları üzə çıxarmaqdır.
2022-ci il “Barselona” üçün tarixi il olacaq. Bizim böyük layihəmiz var – “Espai Barca”. Burada “Kamp Nou” stadionunun yenidən qurulması, bütün klub infrastrukturunun təkmilləşdirilməsi nəzərdə tutulub. Klubun maliyyə vəziyyətini də düzəltmək üçün əlimizdən gələni edəcəyik. “Barselona” yenidən digər klublar üçün örnək olmalıdır”.
Bizi Facebook-da izləyin