“Messi və İnyesta üçün qapılarımızı bağlamamışıq” – Laporta

“Barselona” klubunun prezidenti Xuan Laporta açıqlama verib.

Komanda.az xəbər verir ki, yeni transfer Dani Alveşin təqdimat mərasimində çıxış edən Laporta, Lionel Messi və Andres İnyestanın kluba mümkün qayıdışı haqda bunları deyib:

“Messi və İnyesta üçün qapılarımızı bağlamamışıq. Mənə iki möhtəşəm futbolçu – Messi və İnyestadan bəhs edirsiz. Gələcəyi bilmirəm. Onlar “Barselona”nın möhtəşəm futbolçuları idi. Qapımız hər zaman onlara açıqdır”.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button