Puyol “Barselona”ya qayıda bilər
“Barselona” klubunun idman direktoru Ramon Planes yaxın zamanda vəzifəsindən ayrılacaq.
Komanda.az xəbər verir ki, bu barədə AS nəşri məlumat yayıb. Xəbərdə, klub rəhbərliyinin Planesin işindən narazı olduğu və onunla yolları ayıracağı bildirilib.
“Barselona”nın baş məşqçisi Xavi bu posta sabiq komanda yoldaşı Karles Puyolun gətirilməsini istəyir. Puyol da razılıq verəcəyi halda, klubun yeni idman direktoru o olacaq.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin