“Barselona” rəsmisi Neymar haqda: “Səhv qərar verdiyini özü də bilir”
“Barselona” klubunun direktoru Xavyer Bordas PSJ-nin futbolçusu Neymar haqda açıqlama verib.
Komanda.az xəbər verir ki, İspaniyanın “Marca” nəşrinə danışan Bordas, Neymarın “Barselona”ya mümkün qayıdışı ilə bağlı bunları deyib:
“Neymar nə zaman “Barselona”ya qayıtmaq istəsə, əlimizdən gələni edəcəyik. Neymar xüsusi biri və möhtəşəm futbolçudur. Parisə uyğunlaşa bilmədi. PSJ-yə getməklə səhv qərar verdiyini özü də bilir”.
“Barselona” Neymarı bu yay PSJ-dən transfer etmək istəsə də, tərəflər braziliyalının transfer məbləğində ortaq məxrəcə gələ bilməmişdi.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin