“Heç kim klubdan üstün deyil” – “Barselona” rəsmisi
“Barselona” klubunun direktoru Qilerme Amor Lionel Messi ilə Erik Abidal arasında yaşanan mübahisə haqda danışıb.
Komanda.az xəbər verir ki, “Marca” nəşrinə açıqlama verən Amor, problemlərin həll olunduğunu deyib:
“Klubun prezidenti Leo və Eriklə danışdı. Məsələ klubun daxilində həll olundu. Bir olub, çalışmağa davam etməliyik. İşlərin yaxşı getmədiyi bu dövrdə birlik daha vacibdir. Heç kim klubdan üstün deyil”.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin