“Barselona” müflisləşmə təhlükəsi qarşısında

“Barselona” klubunda növbəti seçkilərdə prezident postuna namizəd olan Viktor Font açıqlama verib.

Komanda.az xəbər verir ki, “Mundo Deportivo”ya danışan Font, Kataloniya təmsilçisinin müflisləşə biləcəyini deyib.

O, “Barselona”nın əməkdaşları arasında münasibətlərin pis olması, koronavirusa görə gəlirlərdə azalma, İdarə Heyətinin 6 üzvünün istefası, düzgün idman siyasətinin yerdilməməsi, qeyri-stabillik və s. səbəblərə görə klubun iqtisadi və mənəvi müflisləşmə təhlükəsi qarşısında olduğunu bildirib.

2021-ci ildə “Barselona”da prezident postuna seçkilər keçiriləcək. Klubun hazırkı prezidenti Xosep Maria Bartomeudur.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button