“Barselona” “el klasiko”nun baş hakimindən narazıdır
“Barselona” klubu La Liqanın 7-ci turunun “Real”la matçındakı hakim qərarlarına görə şikayət edəcək.
Komanda.az xəbər verir ki, bu barədə “Diario Sport” nəşri məlumat yayıb. “Barselona” rəhbərliyi “el klasiko”nun baş hakimi Xose Luis Munueranın idarəçəliyindən narazıdır və onu İspaniya Futbol Federasiyasına şikayət edəcək.
“Barselona” rəhbərliyi Kleman Lanqlenin rəqib komandanın müdafiəçisi Serxio Ramosa qarşı hərəkətini penalti kimi dəyərləndirən hakim Munueranın yanlış qərar verdiyini düşünür. Referi VAR-a baxdıqdan sonra “Barselona”nın qapısına penalti təyin edib və Ramos 63-cü dəqiqədə penaltidən fərqlənərək, komandasını 2:1 hesabıyla önə keçirib.
“Barselona” – “Real” matçı qonaqların 3:1 hesablı qələbəsiylə başa çatıb.
Bizi Facebook-da izləyin