“Barselona” “İnter”in futbolçusu ilə maraqlanır
“Barselona” klubu “İnter”in futbolçusu Marselo Brozoviçlə maraqlanır.
Komanda.az xəbər verir ki, Kataloniya təmsilçisi yarımmüdafiəçi Miralem Pyaniç komandadan ayrılacağı halda, Brozoviçi heyətinə qatmağa çalışacaq. Bu barədə İtaliya mətbuatı məlumat yayıb.
Pyaniçin adı “Yuventus” klubu ilə hallanır. Futbolçu Turin təmsilçisinin baş məşqçisi Massimiliano Alleqrinin razılıq verəcəyi təqdirdə, “Yuventus”a keçə bilər.
Brozoviçin “İnter”lə müqaviləsi 2022-ci ilin yayına qədərdir. 28 yaşlı futbolçunun “transfermarkt”da dəyəri 40 milyon avrodur.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin