5 milyona aldılar, 400 milyon avro qiymət qoydular
“Barselona” klubu futbolçusu Pedro Lopesin (Pedri) sərbəstqalma məbləğini müəyyənləşdirib.
Komanda.az “goal.com”a istinadən xəbər verir ki, 17 yaşlı yarımmüdafiəçini almaq istəyən klublar 400 milyon avro ödəməlidir.
“Las Palmas”ın yetirməsi olan Pedri, bu ilin avqustunda 5 milyon avroya “Barselona”ya keçib. İspan futbolçu Kataloniya təmsilçisi ilə bu mövsüm 9 oyunda 1 qol vurub.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin