Koutinyo Premyer Liqa klubuna təklif olundu
“Barselona” klubu futbolçusu Filippe Koutinyo ilə yollarını ayırmaq niyyətindədir.
Komanda.az xəbər verir ki, Kataloniya təmsilçisi qışda heyətinə yeni oyunçular qatmaq üçün gəlir əldə etmək istəyir. Bu barədə İspaniya mətbuatı məlumat yayıb.
“Barselona”da klubu tərk etməyə ilk namizəd Koutinyodur. Kataloniya təmsilçisi braziliyalı yarımmüdafiəçini “Nyukasl”a təklif edib. Premyer Liqa klubu da 29 yaşlı yarımmüdafiəçini heyətinə qatmaqda maraqlıdır.
Koutinyo bu mövsüm “Barselona” ilə 8 oyuna çıxıb və 1 qol vurub.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin