“Barselona”da yeni müqavilə – 170 milyonluq maddə
“Barselona” klubu futbolçusu Ansu Fatinin müqaviləsinin müddətini artırıb.
Komanda.az xəbər verir ki, Kataloniya təmsilçisi 17 yaşlı hücumçu ilə müddəti 2022-ci ilə qədər olan sözləşmə imzalayıb. Bu barədə klubun rəsmi saytı məlumat yayıb. “Barselona” Fatinin sərbəstqalma məbləğini 170 milyon avro müəyyənləşdirib.
“Barselona”nın yetirməsi olan Fati, bu mövsüm 11 oyuna 2 qol vurub.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin