“Barselona”da itki – 3-4 həftə olmayacaq

“Barselona” klubu ciddi itkiylə üzləşib.

Komanda.az xəbər verir ki, Kataloniya təmsilçisinin futbolçusu Sergio Roberto sıradan çıxıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 28 yaşlı yarımmüdafiəçi 3-4 həftə yaşıl meydanlardan uzaq qalacaq.

Roberto bu mövsüm “Barselona” formasıyla 29 oyunda iştirak edib. O, martın 1-də keçiriləcək “Real”la matçda komandasına kömək edə bilməyəcək.