
“Barselona”da ciddi itki – 6 aya yaxın olmayacaq
“Barselona” klubu ciddi itkiylə üzləşib.
Komanda.az xəbər verir ki, Kataloniya təmsilçisinin futbolçusu Jerar Pike zədələnib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. La Liqanın 10-cu turunun “Atletiko” ilə matçında zədələnən Pikenin 4-6 ay yaşıl meydanlardan uzaq qalacağı bildirilir.
“Atletiko” – “Barselona” matçı meydan sahiblərinin minimal hesablı qələbəsiylə başa çatıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin