“Barselona” kimi klublarla bağlı belə şeylər olur” – Rakitiç
“Sevilya”nın futbolçusu İvan Rakitiç “Barselona”dakı keçmiş komanda yoldaşları Antuan Qrizmann və Lionel Messinin münasibətinin pis olması iddiası ilə bağlı açıqlama verib.
Komanda.az İspaniya mətbuatına istinadən xəbər verir ki, xorvatiyalı futbolçu, Messi və Qrizmannın münasibəti ilə bağlı iddiaları yalanlayıb:
“Mənim gördüyüm qədəriylə onlar çox yaxşı anlaşırlar. Həm Qrizmann, həm də Leo ilə münasibətim yaxşıdır. Onlar bir-birləri ilə yaxşı vaxt keçirirlər. İkisi də mütəmadi olaraq qol vurmağa başlasa, belə mövzular olmayacaq. “Barselona” kimi klublarla bağlı belə şeylər olur. Buna görə narahat olmuram, çünki onların hər ikisi əla futbolçudur.
Hər gün, hər həftə yaxşıya doğru irəliləyirik. Xüsusilə də, son iki həftə “Sevilya” üçün çox vacibdir”.
Bizi Facebook-da izləyin