“Barselona” kapitanla bağlı qərarını dəyişib
“Barselona” yayda müqaviləsi başa çatacaq kapitan Serxi Roberto ilə müqavilənin uzadılması məsələsini təxirə salıb.
Komanda.az “Marca”-ya istinadən xəbər verir ki, Kataloniya klubunun rəhbərliyi futbolçunun taleyinin yeni baş məşqçi Hans-Diter Flik tərəfindən həll olunmasını istəyir.
Xatırladaq ki, “Barselona”nın keçmiş baş məşqçisi Xavi Robertonu növbəti mövsüm üçün heyətdə saxlamaq istəyirdi. 32 yaşlı futbolçu özü də komandada qalmaq istəyir və bunun üçün maaşının azaldılmasına hazırdır.
Roberto İspaniya çempionatının son mövsümündə 3 qol vurub və 2 məhsuldar ötürmə edib. Daha əvvəl yarımmüdafiəçi ilə ABŞ və Səudiyyə Ərəbistanı klublarının maraqlandığı bildirilirdi.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin