“Barselona” kapitanı təəccübləndirib
“Barselona”nın futbolçusu Serxi Roberto hazırkı vəziyyətdən xoşagəlməz şəkildə təəccüblənir.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, 32 yaşlı futbolçunun klubla başa çatan müqaviləsi uzadılmaya bilər. Baxmayaraq ki, son vaxtlara qədər hər şey müqavilənin uzadılmasına doğru gedirdi. “Barsa”nın kapitanı yeni müqavilənin imzalanmasının ləngiməsindən təəccüblənir.
Maliyyə feyr-pley problemləri səbəbindən “Barselona” oyunçuları qeydiyyatdan keçirməkdə çətinlik çəkir.
Serxi Roberto 2006-cı ildən “Barselona”dadır.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin