Flik onu “Barselona”da arzulayır
“Barselona” “Mançester Siti”nin müdafiəçisi Joao Kanselonu daimi olaraq transfer edə bilər.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, Kataloniya klubunun baş məşqçisi Hans-Diter Flik portuqaliyalı futbolçunun transferini təsdiqləyib. “Mançester Siti” isə öz növbəsində, təxminən 20 milyon avroya müdafiəçi ilə ayrılmağa hazırdır.
Kanselo 2023/2024 mövsümündə icarə əsasında “Barselona”da çıxış edib. 30 yaşlı futbolçu bu müddət ərzində 42 matçda iştirak edib, 4 qol vurub və 5 məhsuldar ötürmə veriib. Onun “şəhərlilər”lə müqaviləsi 2027-ci ilin ortalarına qədərdir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin