“Barselona” Fransa klubunun hücumçusunu izləyir

“Barselona” gələn yay Fransa Liqa 1-dən bir hücumçu ilə güclənə bilər.

Komanda.az “Sport”-a istinadən xəbər verir ki, Kataloniya klubu yayda azad agent ola biləcək “Lill”in hücumçusu Conatan Davidi fəal şəkildə izləyir.

Robert Levandovskinin müqaviləsi bu mövsümün sonunda başa çatacaq. Polşalı forvardı əvəz etməyə namizədlərdən biri də Daviddir. Kanadalı futbolçu ilə İngiltərə Premyer Liqasının klubları da maraqlanır.

24 yaşlı forvard bu mövsüm Fransa çempionatında 6 oyunda 5 qol vurub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button