“Barselona” “Kamp Nou”nu parça-parça satır

“Barselona”nın azarkeşləri yenidənqurma üçün bağlanmış “Kamp Nou” stadionunun qazonundan 420 avroya ot parçaları ala bilərlər.

Komanda.az “sport.es”-ə istinadən xəbər verir ki, zərdən tutmuş, arenanın mini modelinə qədər, stadionla bağlı müxtəlif əşyalar almaq olar. Qiymət aralığı 20 avrodan 420 avroya qədərdir. 420 avroya satılan ot parçası hətta notarius tərəfindən təsdiqlənir.

Kataloniya klubunun azarkeşləri daha sonra köhnə “Kamp Nou”dan oturacaqlar və digər eksklüziv məhsullar ala biləcəklər.

Xatırladaq ki, “Barsa” La Liqada son oyununu mayın 28-də, bu stadionda keçirib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button