“Barselona”nın “Kamp Nou”ya qayıdışı yubana bilər

“Barselona”da rəhbərlik gələn ay “Kamp Nou”ya qayıtmaq barədə təklifləri nəzərdən keçirir.

Komanda.az “sport.es”-ə istinadən xəbər verir ki, klub bu ay stadionun 27 min azarkeş tutumlu açılışı üçün lisenziya almalı idi.

Ancaq klub rəhbərliyinin daha çox gəlir əldə etmək istəyiylə, yan tribunanın işləri tamamlanana qədər açılışı noyabra təxirə sala biləcəyi bildirilir. Bu halda stadion 45 min azarkeşi qəbul edə biləcək. “Real Sosyedad”la son oyunda “Olimpiya” stadionunu 50 mindən çox azarkeş ziyarət etmişdi.

Mümkün açılış, 18 oktyabrda “Jirona” ilə keçiriləcək qarşılaşmada, bir çox ekspertlər tərəfindən klubun büdcəsinə zərbə kimi qiymətləndirilir. Tam təmir işlərinin yekunu isə gələn yay planlaşdırılır.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button