“Barselona” italiyalı futbolçu ilə 3 illik müqaviləyə razılaşıb
“Yuventus”un hücumçusu Federiko Kyeza “Barselona” ilə anlaşıb.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, Kyeza “Barselona” ilə şəxsi müqavilənin şərtlərini razılaşdırıb.
İtaliyalı futbolçu “Yuve”nin baş məşqçisi Tiaqo Mottanın planlarına daxil olmadığı üçün komanda ilə məşqdən uzaqlaşdırılıb. 26 yaşlı forvard “Barselona”ya keçmək üçün maaşını mövsümdə 7 milyon avrodan 4,5 milyon avroya endirməyə razılaşıb. Onunla müqavilə üç il müddətinə qüvvədə olacaq.
Klublar hələ ki, razılığa gələ bilməyiblər. “Yuventus” Kyeza ilə 15 milyon avroya ayrılmağa hazırdır. “Barselona” bonuslar da daxil olmaqla 14 milyon avrodan çox ödəyə bilmir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin