“Barselona” isveçli hücumçu ilə maraqlanır

“Barselona” “Sportinq”in (Lissabon) hücumçusu Viktor Gyökereslə maraqlanır.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, Kataloniya klubu potensial müqaviləyə hücumçusu Vitor Rokeni də daxil etmək niyyətindədir. Klub Rokeni transferə daxil etməklə, isveçli futbolçunun qarşılığında veriləcək təzminatı azaltmaq istəyir.

Gyökeres bu mövsüm 16 oyun keçirib, 20 qol vurub və 4 məhsuldar ötürmə edib. Tərəflər arasında müqavilə 2028-ci ilin ortalarına qədərdir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button