“Barselona” istədi, “Bavariya” icazə vermədi

İspaniyanın “Barselona” klubunun maraq dairəsində olduğu deyilən David Alaba “Bavariya”dan ayrılmayacaq.

Komanda.az Almaniya mətbuatına istinadən xəbər verir ki, Münhen təmsilçisi, bu yay 27 yaşlı futbolçunun klubdan ayrılmasına icazə verməyəcək. “Bavariya” futbolçu üçün bütün təkliflərdən imtina etməyi qərara alıb.

Futbolçu ilə “Real”ın da yaxından maraqlandığı deyilirdi.

2009-cu ildən “Bavariya”nın şərəfini qoruyan Alabanın klubla müqaviləsi 2021-ci ildə bitir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button